Bukayo Saka daha bir ay yaşıl meydanlardan kənarda qalacaq
Arsenalın futbolçusu Bukayo Sakanın zədə səbəbindən yaşıl meydanlardan uzaq qalacağı müddət məlum olub. İngilis oyunçu daha 4 həftə oynamayacaq.

London təmsilçisi Arsenalın üzvü Bukayo Saka zədəsi səbəbindən daha dörd həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə klubun baş məşqçisi Mikel Arteta açıqlama verib. Bu barədə Offsideplus.az məlumat yayıb.
İspaniyalı mütəxəssisin sözlərinə görə, futbolçunun səhhəti ilə bağlı aparılan son müayinələr nəticəsində bərpa müddətinin ümumilikdə səkkiz həftə çəkəcəyi dəqiqləşib. Saka artıq bu müddətin dörd həftəsini geridə qoyub.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
BU XƏBƏRDƏ
Bukayo Saka
Arsenal
Mikel Arteta


