Camal Musiala zədəsini sağaldaraq məşqlərə başlayıb
Bavariyanın yarımmüdafiəçisi Camal Musiala sentyabr ayında aldığı zədədən sonra yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Almaniya millisinin və Münhenin Bavariya klubunun üzvü Camal Musiala uzun müddət davam edən fasilədən sonra yenidən yaşıl meydanlara dönür. 23 yaşlı yarımmüdafiəçi artıq on gündür ki, komandanın əsas heyəti ilə birgə məşqlərdə iştirak edir. Bu barədə Offsideplus.az məlumat yayıb.
Baş məşqçi Vensan Kompani futbolçunun durumu ilə bağlı müsbət qərar qəbul edib. Əgər məşq prosesində hər hansı gözlənilməz problem yaşanmazsa, Musialanın bu həftənin cümə günü keçiriləcək Köln ilə qarşılaşmada heyətdə yer alacağı gözlənilir.
Xatırladaq ki, istedadlı oyunçu sentyabrın 18-dən bəri meydana çıxmırdı. O, Almaniya yığmasının düşərgəsində olarkən bud əzələsindən zədə almışdı.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Bavariya
Almaniya millisi


