Ceyson Teytum Seltiks tarixində yeni pilləyə yüksəldi
Ceyson Teytum 23 noyabr 2026-cı ildə San-Fransiskoda keçirilən oyunda Bill Rassellin göstəricisini keçərək Bostonun ən məhsuldar səkkizinci oyunçusu oldu.

23 noyabr 2026 — San-Fransisko. Boston Seltiksin ulduz forvardı Ceyson Teytum "Qolden Steyt Uorriors"la keçirilən matçda klubun tarixində yeni rekorda imza atıb və Bill Rassellin (14 522 xal) göstəricisini ötərək komandanın ən çox xal toplayan səkkizinci oyunçusu olub. Oyunun yekun nəticəsi 87:88 olub və Teytumun hesabı indiyə qədər 14 528 xala çatıb. Bu barədə Offsideplus.az məlumat yayıb.
Teytum uğurunu şərh edərkən bunları söyləyib: "Bu, əla hissdir. Bilirsiniz, əgər bu nailiyyəti Bostonda yox, başqa bir yerdə əldə edəcəksənsə, San-Fransisko bəlkə də ən yaxşı ikinci yerdir. Bu, böyük şərəfdir. Bill Rassellin cəmiyyət, basketbol və klubumuz üçün nə qədər önəmli olduğunu hamı bilir. Belə əfsanələrlə adının yanaşı çəkilməsi böyük şərəf və doğru yolda olduğunun göstəricisidir".
Boston Seltiksin tarixində ən çox xal toplayan oyunçuların müasir sıralaması belədir: Con Havliçek (26 395), Pol Pirs (24 201), Lerri Berd (21 791), Robert Pəriş (18 245), Kevin Makheyl (17 335), Bob Kuzi (16 955), Səm Cons (15 411), Ceyson Teytum (14 528), Bill Rassell (14 522) və Ceylen Braun (13 474).
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Seltik


