GETTOSPORT

Elçin Səmədli Moldova – Fransa oyununa təyinat alıb

AFFA Hakimlər Komitəsinin üzvü Elçin Səmədli futzal üzrə DÇ-2028-in əsas mərhələsi çərçivəsində keçiriləcək Moldova – Fransa matçında hakim-inspektor olacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Elçin Səmədli futzal meydançasında hakim-inspektor kimi
Foto: Sportal.az

AFFA Hakimlər Komitəsinin üzvü və futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti beynəlxalq təyinatını alıb. O, futzal üzrə 2028-ci il dünya çempionatının əsas mərhələsi çərçivəsində baş tutacaq Moldova və Fransa milli komandaları arasındakı qarşılaşmada hakim-inspektor qismində fəaliyyət göstərəcək.

Sözügedən matç cari ilin oktyabrın 20-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Elçin Səmədli qarşılaşma ərzində hakimlərin idarəçiliyini qiymətləndirəcək.

Bu xəbərdə

Son xəbərlər