GETTOSPORT

Elvin Məmmədov U-20 millisindən danışdı

Neftçi U-17-nin baş məşqçisi Elvin Məmmədov Ruy Jorjenin rəhbərlik etdiyi U-20 millisinin oyunlarını və dünya çempionatı perspektivlərini dəyərləndirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Elvin Məmmədov Azərbaycan millisi və gənc futbolçular haqqında danışır
Foto: İdman.biz

“Neftçi”nin U-17 futbol komandasının baş məşqçisi Elvin Məmmədov 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ruy Jorjenin fəlsəfəsini tətbiq etməsi üçün zamana ehtiyac olduğunu bildirib.

Milli komandanın sabiq üzvü yığmanın yoldaşlıq oyunlarında müsbət təsir bağışladığını qeyd edib. O, Moldovaya qarşı matçı tamamilə, Yaponiya ilə görüşü isə ikinci hissədən və penaltilər seriyasından izlədiyini diqqətə çatdırıb. Mütəxəssis əlavə edib ki, bu cür beynəlxalq yoxlama oyunları tez-tez təşkil olunmalıdır, çünki gənc futbolçuların beynəlxalq təcrübəyə böyük ehtiyacı var. Onların əksəriyyəti ölkəmizin əvəzedicilər çempionatında çıxış edir və hər biri gələcəyimizdir.

Elvin Məmmədov qarşıdakı dünya çempionatının oyunçular üçün əvəzsiz şans olduğunu vurğulayıb: “Təbii ki, dünya çempionatı kimi böyük, perspektivli yarışa hazırlaşmaq məsuliyyət tələb edir. Mundialda ev sahibi komanda kimi iştirak edəcəyik. Bu, futbolçularımız üçün yaxşı imkan deməkdir. Çünki turnirdə iştirak edəcək futbolçuları skautlar izləyəcəklər”.

Xatırladaq ki, Azərbaycanın U-20 yığması Qəbələdə keçirilən ilk yoxlama oyununda Moldovaya 0:1 hesabı ilə məğlub olub, ikinci matçda isə Yaponiya ilə əsas vaxtı qolsuz bitən qarşılaşmanın penaltilər seriyasında 5:4 hesabı ilə üstün gəlib.

Paylaş

Son xəbərlər