Emil Əsədov Avropa təcrübəsinin ölçülməsini tənqid etdi
FİFA meneceri Emil Əsədov Avropa təcrübəsinin yalnız klubların adları ilə ölçülməməli olduğunu, daha çox müasir oyun prinsipləri və futbolçu inkişafına diqqət…

29 oktyabr 2026 — Tanınmış FİFA meneceri və Asadov Pro Bridje rəhbəri Emil Əsədov Avropa təcrübəsinin ölçülmə meyarları barədə fikirlərini açıqlayıb. O, Avropa təcrübəsinin yalnız məşqçinin hansı ölkədə işləməsi və ya tərcümeyi-halında hansı klubların adının olması ilə məhdudlaşdırılmaması gərəkdiyini bildirib.
Əsədov vurğulayıb ki, əsas məsələ məşqçinin müasir oyun prinsiplərini nə dərəcədə bilməsi, futbolçuları inkişaf etdirmək bacarığı, dəyişikliklərə uyğunlaşması və klub üçün uzunmüddətli futbol modeli qura bilməsidir.
Mütəxəssis əgər gətirilən mütəxəssislər bu kriteriyalara cavab versələr, Azərbaycanın klubları üçün faydalı olacağını qeyd edib və qarşıdakı aylarda və illərdə belə keyfiyyətə malik məşqçilərin gəlməsini arzulayıb: ”Ümid edək ki, qarşıdakı aylarda və illərdə Azərbaycan klublarına gətirilən məşqçilər sadəcə, əcnəbi mütəxəssis statusuna deyil, həqiqi Avropa təcrübəsinə, müasir futbol biliyinə və konkret inkişaf planına malik olacaqlar. Bu mövsümdə bütün komandalarımıza uğurlar arzulayıram”.
Mənbə: GettoSport



