GETTOSPORT

Emil Səfərov yeni müqavilə imzalayıb, əsas heyətə qayıdır

Neftçi hücumçusu Emil Səfərov üç oyunda cəmi 22 dəqiqə oynadı; müqavilə gecikməsi səbəbindən ehtiyata atılmışdı. İndi 2+1 illik anlaşma bağlanıb.

GettoSport redaksiyası••1 dəq oxu
Emil Səfərov Neftçi formasında meydanda
Foto: Sportinfo.az

Neftçinin hücumçusu Emil Səfərov klubla yeni müqavilə imzalayıb və yaxın vaxtlarda əsas heyətə geri dönməsi gözlənilir. 23 yaşlı futbolçu ilə 2+1 illik anlaşma əldə olunub.

Yuri Vernidubun gəlişindən sonra əsas heyətin daimi üzvünə çevrilən Səfərov mövsümün əvvəlində davamlı oynasa da, son üç oyunda cəmi 22 dəqiqə meydanda qalıb. Bu məhdud çıxışın səbəbi onun müqavilə məsələlərində gecikməsi olub.

Bakı təmsilçisi Səfərova əvvəlcə üç illik yeni müqavilə təklif etmiş, lakin futbolçunun sənədi imzalamağı gecikdiyi üçün Vernidub onu ehtiyata çəkərək cəzalandırmışdı. Bir müddət sonra tərəflər razılığa gəlib və 2+1 illik yeni anlaşma imzalanıb.

Klub və oyunçu arasında yaranan problem həll olunduğundan, millidən sonraki qısa müddətdə Səfərovu yenidən əsas heyətdə görmək mümkün olacaq. Emil Səfərov 2024-cü ildən Neftçinin formasını geyinir və indiyədək burada 50 oyunda çıxışında 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu xəbərdə

Son xəbərlər