Fərid Qayıbov Respublika Velotrekində Ədhəm İkramovu qarşıladı

Gənclər və idman naziri Fərid Qayıbov oktyabrın 26-da Respublika Velotrekində Özbəkistan idman naziri Ədhəm İkramovla birgə yaradılmış məşq və infrastrukturla…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Respublika Velotrekində nazirlərin ziyarəti və məşqçi ilə söhbəti
Foto: İdman.biz

26 oktyabr 2026 — Gənclər və idman naziri Fərid Qayıbov və Özbəkistanın idman naziri Ədhəm İkramov Respublika Velotrekində olublar.

Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi – prezident Zaur Axundov və birinci vitse-prezident Sahib Ələkbərov – nazirlərə ölkədə velosiped idmanının inkişafı istiqamətində görülən işlər və Respublika Velotrekində idmançıların hazırlanması üçün yaradılmış şərait barədə ətraflı məlumat veriblər.

Ziyarət zamanı qonaqlar məşq və hazırlıq imkanları, Velosiped Muzeyi və məşqçilərin və idmançıların qalması üçün nəzərdə tutulmuş mini-oteldəki şəraitlə tanış olublar. Həmçinin burada məşq edən uşaqların hazırlıq prosesini izləyiblər və Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Gülnarə Məlikova ilə görüş keçiriblər. Federasiyanın Tibb Xidmətinin rəhbəri Leyla Cahani də görüşlərdə iştirak edib.

Ədhəm İkramov və Fərid Qayıbov yaradılmış müasir idman infrastrukturu sayəsində velosiped idmanının kütləviliyinin, istedadlı uşaqların erkən aşkar edilməsinin və peşəkar hazırlığın təmin olunmasının əhəmiyyətini vurğulayıb, Azərbaycan və Özbəkistan arasında idman əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər