FIFA Bakıda keçirilən U-15 turniri təqdir etdi
FIFA rəsmi sosial şəbəkə hesablarında Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalından görüntülər paylaşaraq tədbirin gənc futbolçuların…

31 oktyabr 2026. Beynəlxalq Futbol Federasiyası (FIFA) rəsmi sosial şəbəkə hesablarında Bakıda təşkil edilən FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı paylaşım edib. Bu barədə Sportinfo.az məlumat yayıb.
FIFA paylaşımında turnirdən görüntülər təqdim edərək tədbirin gənc futbolçuların ilk beynəlxalq təcrübə qazanmasında və onların inkişafında əhəmiyyətini vurğulayıb.
Paylaşımdakı sözlərdə qeyd olunub: "Xəyallardan gerçəkliyə... Minlərlə gənc futbolçu Azərbaycanda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında ilk beynəlxalq futbol təcrübəsini qazanır". Həmin paylaşımın Instagram hesabında yerləşdirildiyi bildirilib.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Dünya çempionatı


