FIFA DÇ-2030 üçün Mərakeş, İspaniya və Portuqaliyada baxış keçirəcək

FIFA noyabr və dekabr aylarında Mərakeş, İspaniya və Portuqaliyada DÇ-2030 üçün stadion və infrastruktur yoxlamaları həyata keçirəcək, nəqliyyat və otel…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
FIFA nümayəndələri stadionu və infrastruktur obyektlərini yoxlayır
Foto: Sportal.az

FIFA 2030-cu il Dünya Çempionatının oyunlarına ev sahibliyi üçün namizəd olan Mərakeş, İspaniya və Portuqaliyada noyabr və dekabr aylarında yoxlama səfərləri təşkil edəcək. Nümayəndə heyəti səfərlər zamanı təklif olunan stadionlar və digər infrastrukturun turnir tələblərinə uyğunluğunu qiymətləndirəcək. Bu barədə Sportal.az məlumat yayıb.

Yoxlamalar zamanı FIFA xüsusi olaraq stadionlar, nəqliyyat əlaqələri, otel yerləşdirmə imkanları və ümumi logistika məsələlərinə diqqət ayıracaq. Həmçinin ali futbol qurumunun nümayəndələri yerli, regional və milli hakimiyyət orqanları ilə müzakirələr aparacaq, stadion operatorları, nəqliyyat şirkətləri və mundiala hazırlıq prosesində iştirak edən digər tərəfdaşlarla görüşəcəklər.

Bu qiymətləndirmələr FIFA-ya təklif olunan obyektlərin hazırlıq səviyyəsini müəyyən etməyə və gələcək turnirin tələblərinə nə dərəcədə cavab verdiyini dəyərləndirməyə imkan verəcək. Mərakeş, İspaniya və Portuqaliya DÇ-2030-a birgə ev sahibliyi etmək niyyətindədirlər.

Mənbə: Sportal.az

Hazırladı: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər