FIFA U-15: Bakı Kristal Zalında titul sahibləri açıqlanacaq

30 oktyabr 2026 — Bakı Kristal Zalında FIFA U-15 dünya çempionatında A–F divizionlarının final qarşılaşmaları keçiriləcək; əsas final Çexiya və İspaniya…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Bakı Kristal Zalında uşaq futbol matçı üçün hazır meydança və tribunalar
Foto: İdman.biz

30 oktyabr 2026 — Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatının və festivalının final mərhələsi bu gün Bakı Kristal Zalında yekunlaşacaq. A Divizionunun finalında Çexiya ilə İspaniya yığmaları saat 18:00-da üz-üzə gələcək.

Turnirin B, C, D, E və F divizionlarında da qaliblər bu gün müəyyənləşəcək. A divizionunun finalından sonra mükafatlandırma və turnirin bağlanış mərasimi keçiriləcək.

Günün oyun cədvəli belədir:

  • 09:00 — F Divizionu finalı: Yeni Zelandiya - Efiopiya (161-ci yer uğrunda)
  • 10:30 — E Divizionu finalı: Mərkəzi Afrika Respublikası - Banqladeş (129-cu yer uğrunda)
  • 12:00 — D Divizionu finalı: Kanada - Tacikistan (97-ci yer uğrunda)
  • 13:30 — C Divizionu finalı: Tunis - Belarus (65-ci yer uğrunda)
  • 15:00 — B Divizionu finalı: Portuqaliya - Zambiya (33-cü yer uğrunda)
  • 18:00 — A Divizionu finalı: Çexiya - İspaniya

Bütün qarşılaşmalar Bakı Kristal Zalında keçiriləcək.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər