FIFA U-15 Dünya Çempionatı Bakıda uğurla başa çatdı
Bakı 66 gün davam edən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etdi — 189 ölkə, təxminən 1000 oyun və yeni 20 meydança turnirin əsas…

3 noyabr 2026. Bakı — 66 gün davam edən FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakıda uğurla başa çatdı. Tədbirin açılış və final oyunları Bakı Kristal Zalında keçirilmiş, yarışlar Hövsan Yarış Kompleksində salınmış 20 müasir meydançada təşkil olunub. Bu barədə Offsideplus.az məlumat yayıb.
Turnirdə FIFA-ya üzv 189 ölkənin komandaları iştirak edib və çərçivədə təxminən 1000 oyun keçirilib. Yarış müddətində media mərkəzi xarici jurnalistlər üçün hər bir şəraiti təmin edib və iştirakçı kütləsi təşkilatçılıqdan məmnunluq ifadə edib. FIFA prezidenti Canni İnfantino da Bakıda olub və tədbirin beynəlxalq səviyyədə keçirilməsinə şahidlik edib.
Təşkilat mərasimlərinə futbolun tanınmış simaları — Arsene Venger, Pyerluici Kollina, Hristo Stoyçkov və digər əfsanələr dəvət olunub və bir həftə ərzində Bakıda qonaq olublar.
Azərbaycan futbolunun əfsanəsi Nazim Süleymanov festival barədə təəssüratlarını bölüşüb: "Bizim futbolçular üçün gözəl fırsat oldu. DÇ ab-havasını hiss etmək, beynəlxalq təcrübə toplamaq və gün ərzində 2 oyuna çıxaraq yük götürmək futbolçularımız üçün göydəndüşmə idi... 66 gün ərzində belə yüksək səviyyəli işlərin görülməsi alqışlanasıdır."
Əlavə olaraq, salınan 20 meydança gələcəkdə uşaq futbolunun inkişafı və milli komandaların təlim-məşq toplanışları üçün istifadə olunacaq və bu infrastrukturun ölkədə futbolun uzunmüddətli inkişafına töhfə verməsi gözlənilir.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Dünya çempionatı


