Harri Keyn Bavariya ilə müqaviləni yeniləyir

Harri Keyn Bavariya klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalamağa çox yaxındır.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Harri Keyn Bavariya formasında
Foto: Offsideplus.az

Harri Keyn Münhenin "Bavariya" klubu ilə yeni müqavilə imzalamaq ərəfəsində olduğunu təsdiqləyib. İngiltərə milli komandasının kapitanı klub rəhbərliyi ilə şifahi razılığın əldə olunduğunu və rəsmi imzanın yaxın günlərdə baş tutacağını bildirib. Bu barədə Offsideplus.az məlumat yayıb.

Mövcud sözləşməsi 2027-ci ilin iyununda başa çatan 33 yaşlı hücumçunun yeni müqaviləsi 2029-cu ilin yayına qədər hesablanıb. Razılaşmaya əsasən, onun həftəlik məvacibinin bonuslar xaric təxminən 400.000 funt-sterlinq təşkil edəcəyi iddia olunur.

2023-cü ildə "Tottenhem"dən transfer edilən oyunçu Münhen təmsilçisinin hücum xəttinin əsas liderinə çevrilib. Klubun icraçı direktoru Yan-Kristian Dreesen və rəhbərlik hüquqi sənədləşmə işlərini yekunlaşdırdıqdan sonra transferin rəsmən açıqlanması gözlənilir.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər