Harri Keyn Xorvatiya qarşı 7:0 qələbəni şərh etdi
Harri Keyn İngiltərənin Xorvatiya üzərində 7:0-lıq böyükhesablı qələbəsinin Avropaya mesaj olduğunu, komandada qələbə acığının olduğunu dedi.

İngiltərə hücumçusu Harri Keyn 4 oktyabr 2026-cı il tarixində Xorvatiya üzərində əldə etdikləri 7:0-lıq qələbəni bütün Avropaya ünvanlanan mesaj kimi qiymətləndirib.
Keyn görüşdən sonra komandalarının məqsədyönlü və amansız oyun sərgilədiyini vurğulayıb: “Hətta 1:0 hesabı ilə öndə olduğumuz zaman da ikinci, üçüncü, dördüncü qolun ardınca gedirdik. Düşüncə tərzimiz məhz belə olmalıdır. Müəyyən oyun üslubun varsa, onu nə vaxt tətbiq edib-etməyəcəyini seçə bilməzsən. Amansız olmalı və dayanmamalısan.”
O, komandada daim qələbə həvəsinin mövcud olduğunu, dörd qol vurdularsa beşincini də istədiklərini və belə mentalitetin xüsusilə böyük oyunlarda vacib olduğunu bildirib: “Dörd qol vurmusan, beşincini istəyirsən. Daim qələbəyə ac olduğun bir mentalitetə sahib olmalısan. Xüsusilə böyük oyunlarda və böyük turnirlərdə dəyişməli olduğumuz məqam məhz bu idi və belə matçlar bizə yalnız kömək edəcək.”
Keyn həmçinin rəqibin güclü olduğunu etiraf edib və belə nəticəni adi qəbul etməyin yanlış olacağını söyləyib: “Biz çox yaxşı komandaya qarşı oynadıq. Belə qələbəni adi hal kimi qəbul etmək olmaz, çünki bu matç bizim üçün çox çətin keçə bilərdi. Bu, hər zaman təkcə özümüzə deyil, Avropadakı digər komandalara da mesaj göndərməyin bir yoludur. Düşünürəm ki, bunu yenidən etdik.”
Veteran hücumçu həmçinin millinin gənc olmasını və futbolçuların əla formada olduğunu qeyd edib: “Biz qələbəyə acıq. Gənc komandayıq. Hazırda futbolçularımız əla formadadır və məncə, hər kəs meydana çıxmaq üçün böyük həvəslə alışıb-yanır. Belə matçlar isə bizi daha da motivasiya edir”.
Harri Keyn


