Harri Rednapp Maurisio Poçettinonun təyinatını dəstəklədi
Tanınmış mütəxəssis Harri Rednapp Maurisio Poçettinonun Mançester Yunayted komandasına baş məşqçi təyin olunmasını müsbət qiymətləndirib.

Tanınmış ingilis mütəxəssis Harri Rednapp Maurisio Poçettinonun "Mançester Yunayted"ə baş məşqçi təyin olunmasına münasibət bildirib. O, bu addımı müsbət qiymətləndirərək mütəxəssisin klub üçün doğru zamanda gəldiyini vurğulayıb. Bu barədə Offsideplus.az məlumat yayıb.
Rednapp qeyd edib ki, klubun hazırkı vəziyyətində komandanı yalnız irəli aparmaq mümkündür:
"Biri mənə dedi ki, bu işə başlamaq üçün dəhşətli zamandır. Mən isə cavab verdim ki, 'Mançester Yunayted'ə gəlmək üçün bundan yaxşı vaxt ola bilməz. Klub hazırda dərin böhrandadır və yalnız bir yol var – yuxarıya doğru".
Mütəxəssis əlavə edib ki, bu vəziyyət Devid Moyesin Ser Aleks Ferqyusondan sonra komandaya gəlməsinə bənzəmir. Onun sözlərinə görə, Ferqyusonun ardınca getmək çətin idisə, Poçettino xaos içində olan kluba gəlir və nəticələri yaxşılaşdırmaq şansı daha yüksəkdir. Rednapp həmkarını ağıllı məşqçi adlandıraraq uğur qazanacağına əminliyini ifadə edib, lakin "Mançester Yunayted"i arzulanan səviyyədə görmək üçün hələ iki-üç il vaxt lazım olduğunu da bildirib.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Mançester Yunayted


