Juninyo açıqladı: Sevilyaya köçmək üçün çamadanımı yığmışdım

Qarabağın sabiq hücumçusu, hazırda Meksikanın Pumas klubunda oynayan Juninyo Sevilya transferinin son anda pozulduğunu və Flamengoya keçdiyini bildirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Juninyo Pumas forması ilə mətbuat konfransında
Foto: Sportinfo.az

28 oktyabr 2026 — Meksikanın Pumas klubunda çıxış edən və əvvəllər Qarabağda oynayan Juninyo 365Scores-a verdiyi müsahibədə transfer karyerası barədə danışıb. O bildirib ki, İspaniyanın Sevilya komandına keçməyə çox yaxın olub və hətta “çamadanımı yığmışdım”, lakin son anda transfer baş tutmayıb.

Juninyo deyib ki, Sevilya ilə hər şey razılaşdırılmışdı, bütün hazırlıqlar görülmüşdü, amma sonra zəng edib xüsusi bir detalın transferi pozduğunu bildiriblər. Daha sonra Braziliyanın Flamengo klubu ilə razılaşma yaranıb və o, vətəninə qayıdıb.

Hücumçu həmçinin Flamengoda özünü tam göstərə bilməməsinin səbəblərini izah edib. O, əfsanəvi Gabigolun yerinə transfer olunmasının üzərində təzyiq yaratdığını etiraf edib: “Klubda hər şeyi qazanmış bir əfsanənin yerini tutmağa gəlmişdim. Bu, əlbəttə, müəyyən təzyiq yaradırdı. Təəssüf ki, özümü sübut etmək üçün kifayət qədər oyun vaxtı almadım.”

Juninyo həmçinin Braziliyaya qayıtmağı düşünmədiyini söyləyib: “Açığı, Braziliyaya qayıtmağı düşünmürəm. Orada qazanmalı olduğum titulları qazandım, ölkəmin ən böyük klubunda oynadım. Bu, mənim üçün kifayətdir. Hazırda özümü yenidən Braziliyada oynayan görmürəm.”

Futbolçunun flamengodan Pumasa ötən ilin sonunda 5 milyon avroya transfer olunduğu, Apertura mərhələsində isə 14 oyunda 8 qol vuraraq bombardirlər siyahısında ikinci yerdə olduğu bildirilir. Onun Meksika klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər