Kamal Umudlu İsveç və Şimali Makedoniya oyununu idarə edəcək
FİFA referesi Kamal Umudlu U-21 Avropa çempionatının seçmə mərhələsindəki İsveç – Şimali Makedoniya matçının baş hakimi olacaq.
GettoSport redaksiyası••1 dəq oxu

FİFA referesi Kamal Umudlu növbəti dəfə UEFA-dan təyinat alıb. Azərbaycanlı hakim U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq İsveç və Şimali Makedoniya komandalarının qarşılaşmasını idarə edəcək.
Falkenberq şəhərindəki "Falkon Alkoxolfri Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.
Görüşdə Kamal Umudluya kömək edəcək hakim heyəti açıqlanıb:
- Yan xətt hakimləri: Namiq Hüseynov, Vüsal Məmmədov
- Dördüncü hakim: Əli Əliyev
Bu xəbərdə
Avropa çempionatı


