GETTOSPORT

Kannavaro Qızıl topu Kvaratsxeliyaya verərdi

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro Qızıl top mükafatı barədə danışaraq Xviça Kvaratsxeliyanın hamıdan üstün olduğunu bildirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Fabio Kannavaro açıqlama verərkən
Foto: Offsideplus.az

Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaro "Qızıl top" mükafatı ilə bağlı fikirlərini bölüşərək Xviça Kvaratsxeliyanın çıxışını yüksək qiymətləndirib. İtaliya millisinin sabiq müdafiəçisi gürcüstanlı futbolçunun ötən mövsüm göstərdiyi performansla fərqləndiyini diqqətə çatdırıb.

Kannavaro seçim imkanı olduğu təqdirdə mükafatı məhz Kvaratsxeliyaya layiq görəcəyini vurğulayıb:

"Yaxşı yaddaşım var, yalnız son hadisələrə köklənmirəm. Ötən mövsüm Çempionlar Liqasında futbol baxımından ən təsirli oyunçu Kvaratsxeliya idi. Səs vermək imkanım olsaydı, tərəddüd etmədən ona səs verərdim. Əlbəttə, hər kəs dünya çempionatına, Mbappeyə və ya Messinin karyerasına diqqət yetirə bilər. Amma Kvara meydanda inanılmaz işlər görürdü".
Paylaş

Son xəbərlər