Karlus Prates İslam Maxaçevlə döyüşün ləğvi barədə danışıb

Braziliyalı döyüşçü Karlus Prates İslam Maxaçevlə yanvar ayına planlaşdırılan görüşünün ləğv olunması ilə bağlı təfərrüatları və narazılığını bildirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Karlus Prates oktaqonda döyüş zamanı
Foto: Offsideplus.az

UFC döyüşçüsü Karlus Prates İslam Maxaçevlə yanvar ayında keçirilməsi nəzərdə tutulan qarşılaşmanın baş tutmamasının səbəblərini açıqlayıb. Braziliyalı idmançı bildirib ki, tərəflər arasında ilkin razılıq əldə olunsa da, sonradan UFC rəhbərliyi ona Maxaçevin döyüşdən imtina etdiyini bildirib. Bu barədə Offsideplus.az məlumat yayıb.

Pratesin sözlərinə görə, rusiyalı döyüşçü heç bir konkret səbəb göstərmədən yanvar ayında oktaqona çıxmaq istəmədiyini ifadə edib. Bu vəziyyətdən narazılığını gizlətməyən Prates rəqibinə qarşı sərt ifadələr işlədib: "And içirəm, oktaqonda onunla qarşılaşanda elə zərbə vuracağam ki, bir daha döyüşmək istəməyəcək".

Qeyd edək ki, Karlus Prates yanvarın 31-də baş tutacaq UFC 336 turnirində Maykl Moraleslə yarımorta çəki dərəcəsində müvəqqəti çempionluq kəməri uğrunda döyüşə çıxacaq.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər