Ketlen Uiggers Camal Musialanın xəstəliyindən danışdı
Braziliyalı futbolçu Ketlen Uiggers absans sindromundan əziyyət çəkən "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala barədə açıqlama verib.

Braziliyanın qadın futbolunda ən məhsuldar oyunçulardan biri olan Ketlen Uiggers "Bavariya Münhen" klubunun yarımmüdafiəçisi Camal Musialanın səhhəti ilə bağlı fikirlərini bölüşüb. Bu barədə Offsideplus.az məlumat yayıb.
Uiggers özü də Musiala kimi absans – qısa müddətli epileptik tutmalardan əziyyət çəkir. O, gənc futbolçunun xəstəliyinin ictimaiyyətə açıqlanmasının onun psixoloji durumuna təsir göstərə biləcəyini vurğulayıb.
"Bəlkə də, o, bu barədə açıq danışmaq istəmirdi. Mən də karyeramın əvvəlində diaqnozumun bilinməsini istəmirdim. Əminəm ki, düzgün müalicə və peşəkar yanaşma ilə Musiala bu vəziyyətdən çıxacaq. Şübhəsiz, onu dəstəkləyən gözəl insanlar var", - deyə Ketlen Uiggers bildirib.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
BU XƏBƏRDƏ
Bavariya


