Kevin Durant Yaksiel Lendeborqun oyununu yüksək qiymətləndirib
Kevin Durant Hyuston Rokets ilə matçdan sonra Qolden Steyt Uorriorsun yeni oyunçusu Yaksiel Lendeborqun bacarıqları barədə fikirlərini bölüşüb.

"Qolden Steyt Uorriors"un ulduz basketbolçusu Kevin Durant komandanın yeni transferi Yaksiel Lendeborqun çıxışından razı qaldığını bildirib. Bu barədə o, "Hyuston Rokets"ə 115:108 hesabı ilə qalib gəldikləri görüşdən sonra danışıb. Bu barədə Offsideplus.az məlumat yayıb.
Durant komanda yoldaşının texniki və fiziki keyfiyyətlərini xüsusi vurğulayıb: "Onun necə oynadığını çox bəyənirəm. O, çox yönlü və texnikalı böyük oyunçudur. Hücumun istənilən nöqtəsində effektivdir. Topla davranışı, atış bacarığı, fiziki gücü və uzun qolları onu fərqləndirir. Atletik göstəriciləri yüksəkdir".
Həmkarının qalib psixologiyasına sahib olduğunu qeyd edən təcrübəli basketbolçu onun kollec illərindən bəri uğurlu yol keçdiyini diqqətə çatdırıb. Durant Lendeborqun çətinliklərin öhdəsindən gələrək formalaşmış bir oyunçu kimi NBA-ya gəldiyini və qarşıdakı çağırışlara hazır olduğunu qeyd edib.
Qeyd edək ki, Yaksiel Lendeborq cari mövsümdə keçirdiyi 12 oyunda orta hesabla 21,7 xal, 7,4 ribaund və 3,7 assistlə yadda qalıb. O, meydanda orta hesabla 32,2 dəqiqə vaxt keçirir.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



