GETTOSPORT

Lamin Yamal Golden Boy 2026 namizədlərindən çıxarıldı

Golden Boy 2026 üçün 25 nəfərlik siyahı açıqlanıb; Barcelona və İspaniya millisinin 19 yaşlı Vingeri Lamin Yamal namizədlər arasında yoxdur.

GettoSport redaksiyası••1 dəq oxu
Lamin Yamal Barcelona formasında
Foto: İdman.biz

Golden Boy mükafatının 2026-cı il üçün 25 namizəddən ibarət siyahısı açıqlanıb və Barcelona ilə İspaniya millisinin 19 yaşlı vingeri Lamin Yamal həmin siyahıda yer almır.

Futbolçunun namizədlər arasında çıxarılması mükafatın qaydaları ilə izah edilir: eyni futbolçu Golden Boy mükafatını iki dəfə qazana bilməz. Lamin Yamal 2024-cü ildə bu mükafata layiq görülüb və buna görə yenidən namizəd ola bilməz.

Golden Boy mükafatı 2003-cü ildə İtaliyanın Tuttosport nəşri tərəfindən təsis edilib və hər il Avropada çıxış edən 21 yaşadək ən yaxşı futbolçuya təqdim olunur.

Qeyd edək ki, son beş ildə mükafatın qalibləri arasında Pedri, Qavi, Cud Bellinqem, Lamin Yamal və Dezire Due yer alıb.

Son xəbərlər