Lazar Spasiç Sabahın Gəncə üzərində qələbəsini şərh etdi
Sabahın baş məşqçisi Lazar Spasiç Gəncə üzərində 107:85 qələbədən sonra komandanın oyununu, FIBA Çempionlar Liqasındakı perspektivləri və fasiləni…

23 noyabr 2026 — "Sabah" klubunun baş məşqçisi Lazar Spasiç komandası Gəncə üzərində 107:85 hesablı qələbə qazandıqdan sonra daxili çempionatdakı mövqeləri, oyun inkişafı, FIBA Çempionlar Liqasındakı perspektivlər və qarşıdakı fasilə barədə fikirlərini bölüşüb. Bu barədə Sportinfo.az məlumat yayıb.
Spasiç nəticənin önəmli olduğunu, eyni zamanda komandalarının meydançadakı görünüşünə diqqət yetirdiklərini söyləyib: “Təbii ki, nəticə hər zaman önəmlidir. Amma nəticədən asılı olmayaraq, komandamızın necə oynadığına da çox fikir veririk. Çünki əvvəllər də dediyim kimi, parketdə ümumilikdə necə görünmək istədiyimizlə bağlı müəyyən standart formalaşdırmaq çox vacibdir”.
Baş məşqçi həm Neftçi, həm də Gəncə üzərində qələbələrdən sonra komandanın vəziyyətini belə qiymətləndirib: “Bu gün komandamızın çıxışından razıyam. Çox ciddi yanaşma ilə yaxşı oyun keçirdik və düzgün istiqamətdə irəliləyirik. Bununla belə, düşünürəm ki, oyunumuzu inkişaf etdirmək üçün hələ kifayət qədər imkanlarımız var. Mövsümün hazırkı hissəsini yetərincə uğurlu hesab edə bilərik və bundan məmnunam”.
Spasiç Naxçıvanla oyundan sonra komandanın oyununda dəyişikliklər etdiyi, fasilənin fiziki və psixoloji baxımdan faydalı olacağını və geri dönəndən sonra Nanterre və Ritas ilə səfər qarşılaşmalarında qalib gəlməyə çalışacaqlarını bildirib: “Nələrin baş verəcəyini birlikdə görəcəyik... Hər iki oyunda qalib gəlmək və klubumuzun növbəti mərhələyə vəsiqəni təmin etməsi üçün çox motivasiyalı olacağıq”.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Neftçi
Sabah


