Lisandro Martinez Barselonada oynaya bilər — sərfəli transfer variantı
Mançester Yunayted müdafiəçisi Lisandro Martinezin müqaviləsinin mövsüm sonunda bitməsi onu Barcelona üçün sərfəli transferə çevirir.

20 noyabr 2026. Mançester Yunayted-in müdafiəçisi Lisandro Martinez karyerasını Barcelona-da davam etdirə bilər. Mundo Deportivo-nun məlumatına görə, argentinalı futbolçu Kataloniya klubundan rəsmi təklif gələrsə, onu dinləməyə hazırdır. Bu barədə Sportinfo.az məlumat yayıb.
Martinezin cari müqaviləsi mövsümün sonunda başa çatır ki, bu da onu Barcelona üçün sərfəli transfer variantına çevirə bilər. Mənbə qeyd edir ki, Barcelona-nın transfer siyahısında həmçinin İnterdən Alessandro Bastoni və Borussia Dortmund-dan Niko Şlotterbeck də yer alır.
Bu mövsüm Martinez bütün turnirlərdə 11 oyunda meydana çıxıb və 1 qol vurub.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Barselona
Lisandro Martínez
Mançester Yunayted
Borussiya Dortmund


