Liverpul Aleksis Mak Allister ilə yeni müqavilə bağlayır
Liverpul Real Madriddən gələn maraq fonunda 27 yaşlı yarımmüdafiəçisi Aleksis Mak Allister üçün yeni müqavilə hazırlayır.

İngiltərənin "Liverpul" klubu heyətindəki əsas oyunçulardan biri olan Aleksis Mak Allisterin gələcəyini təminat altına almaq üçün yeni sözləşmə hazırlayır. 27 yaşlı argentinalı yarımmüdafiəçi ilə bağlı addımın atılmasına səbəb digər nəhəng klubların onunla maraqlanmasıdır. Bu barədə Offsideplus.az məlumat yayıb.
İspaniyanın "Real Madrid" klubu ilə yanaşı, "Mançester Siti" və "Atletiko Madrid" də dünya çempionunun vəziyyətini diqqətlə izləyir. Yaranan rəqabət fonunda "Liverpul" rəhbərliyi futbolçunun uzunmüddətli gələcəyini tezliklə rəsmiləşdirmək niyyətindədir.
Baş məşqçi Andoni İraola isə bütün bu transfer maraqlarına baxmayaraq, Mak Allisteri öz taktiki planlarının əvəzolunmaz parçası hesab edir. Qeyd edək ki, argentinalı futbolçunun ingilis təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Liverpul
Real Madrid
Mançester Siti
Atletiko Madrid


