Lotar Matteus: Ronaldu komanda içində sözünü itirib
Almaniyalı əfsanə Lotar Matteus Portuqaliya millisində Kristianu Ronaldunun artıq komanda yoldaşları arasında əvvəllki qədər söz sahibi olmadığını bildirib.

Almaniyanın futbol əfsanəsi Lotar Matteus Portuqaliya millisində Kristianu Ronaldunun durumuna dair fikirlərini açıqlayıb. RTL kanalına müsahibə verən Matteus bildirib ki, problem təkcə baş məşqçi ilə münasibətlər və ehtiyatda qalmaqla məhdudlaşmır.
Matteus Ronaldunun uzun və möhtəşəm karyerasını yüksək qiymətləndirib: “Onun möhtəşəm karyerası olub və təbrikə layiqdir. O, futbol üçün çox şey edib və buna görə ona yalnız minnətdar ola bilərik. Bəlkə də elə buna görə onun millidən ayrılması daha layiqli şəkildə baş verməli idi. O, bunu haqq etmirdi.”
Əlavə edərək, Matteus vəziyyətin genişmiqyaslı olduğunu söyləyib: “Məncə, problem məşqçi ilə münasibətlərdən və onun Ronaldunu ehtiyatda saxlamasından daha böyükdür. Hesab edirəm ki, Ronaldu artıq komanda yoldaşları arasında əvvəlki qədər söz sahibi deyil”.
Qeyd olunur ki, Ronaldunun Portuqaliya millisinin düşərgəsini sentyabrın sonunda tərk etdiyi məlum olub. Baş məşqçi Jorje Jezuş isə Ronaldunun komandaya qayıtması üçün qapının açıq olduğunu bildirib.
Kriştiano Ronaldo
Portuqaliya millisi


