Ronaldonun milli komandanı tərk etmə səbəbi bilindi
Kristianu Ronaldo DÇ-dən sonra Portuqaliya millisindən ayrılmağı planlaşdırırmış. Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa və baş m

Kristianu Ronaldo DÇ-dən sonra Portuqaliya millisindən ayrılmağı planlaşdırırmış.
Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa və baş məşqçi Jorje Jezuş Ronaldonu millidə hələ də mühüm rolunun olduğuna inandıraraq komandada qalmasına nail olublar.
İlkin razılaşmaya əsasən, Ronaldonun evdə keçiriləcək iki oyunda iştirak etməsi, səfərdəki iki qarşılaşmada isə istirahət etməsi planlaşdırılıb.
Lakin daha sonra Jorje Jezuş bu planı dəyişərək Ronaldonun Norveçlə matçda meydana çıxmasını istəyib. Futbolçu isinmə hərəkətlərində iştirak etsə də, qarşılaşmada oynamayıb və matçı ehtiyat oyunçular skamyasında başa vurub.
Daha sonra Ronaldonun Danimarka ilə səfər oyununda da meydana çıxa biləcəyi bildirilib.
Bildirilir ki, Ronaldo prosesin bu şəkildə idarə olunmasını hörmətsizlik kimi qəbul edib.
Kriştiano Ronaldo
Portuqaliya millisi


