Madina Kaisinova və üç ağır çəkidəcimiz mundialda tatamiyə çıxır
10 oktyabr 2026 — Bakıda dünya çempionatında Madina Kaisinova və kişilərdən Camal Qamzatxanov, Uşanqi Kokauri, Kənan Nəsibov mübarizəyə başlayırlar.

10 oktyabr 2026 — Bakıda keçirilən cüdo üzrə böyüklər arasındakı dünya çempionatında bu gün Azərbaycanın dörd idmançısı tatamiyə çıxacaq. Yarış Milli Gimnastika Arenasında davam edir və mundial oktyabrın 11-də yekunlaşacaq.
Qadınların +78 kq kateqoriyasında Madina Kaisinova 1/16 finaldan mübarizəyə başlayacaq və ilk görüşdə İtaliya təmsilçisi Asya Tavano ilə üz-üzə gələcək.
Kişilərin +100 kq çəkisində üç cüdoçumuz çıxış edəcək. Camal Qamzatxanov mundiala 1/32 finaldan start verəcək və Çili idmançısı Fransisko Solislə qarşılaşacaq. Uşanqi Kokauri 1/16 finalda Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyevlə döyüşəcək. Kənan Nəsibov isə 1/16 finalda Almaniya təmsilçisi Losseni Kone ilə Serbiya idmançısı Vidak Malyeviç arasında keçiriləcək görüşün qalibi ilə üz-üzə gələcək.
Bakıdakı yarışda Azərbaycan cüdoçuları daha əvvəl də medal qazanıblar: Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medala layiq görülüblər.
Dünya çempionatı


