Marsel Dandjinu Messiyə qol hədiyyə etməyəcəyini bildirdi
Benin millisinin qapıçısı Marsel Dandjinu Argentina ilə matçda Messi üçün qol hədiyyəsi etməyəcəyini, qarşılaşmanın onun üçün xüsusi olduğunu dedi.

Benin millisinin qapıçısı Marsel Dandjinu Argentina ilə keçiriləcək yoldaşlıq görüşündə Lionel Messinin milli komandadakı son oyunu olacaq matçda ona qol hədiyyə etmək fikrində olmadığını açıqlayıb. Oyun Buenos-Ayresdə oktyabrın 7-nə keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.
Dandjinu müsahibəsində bu qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bu matç mənim üçün digərləri kimi deyil. Düşünürəm ki, belə bir şey karyerada yalnız bir dəfə baş verir, çünki bu, Messinin son oyunudur. Bu, xüsusi oyundur.”
Qapıçı həmçinin penalti vəziyyətində necə davranacağını açıqlayıb: “Son dəqiqədə penalti təyin olunsa və onu Messi yerinə yetirsə belə, mən qurtarmağa çalışacağam. Hər şey çox sadədir: bu, mənim işimdir. Bəli, biz buradayıq ki, Messini qeyd edək, lakin heç kim bizə deməyib ki, ona qol hədiyyə etməliyik. Mən bunu etmək fikrində deyiləm.”
Dandjinu həmçinin Messini idman tarixinin ən yaxşı oyunçularından biri hesab etdiyini bildirib və komandadaşlarının onun köynəyini almaq istədiklərini əlavə edib: “Komandamızın hər hansı bir oyunçusundan soruşsanız, hamısı onun köynəyini əldə etmək istəyir. Hamımız onu istəyirik!”
Lionel Messi


