Mauro İkardi-ə qarşı qızı şikayət etdi, polis müdaxilə edib
Mauro İkardi və keçmiş həyat yoldaşı Vanda Naranın böyük qızı Çina Suareslə yaşayan evdə atasının ona qarşı aqressiv davrandığını iddia edərək polisə rəsmi…

09 noyabr 2026 — Hazırda azad agent olan Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Naranın ailə mübahisəsi davam edir. Cütlüyün böyük qızı atasının Nordelta şəhərində, hazırda Çina Suareslə yaşadığı evdə ona qarşı aqressiv davrandığını bildirib və bu barədə polisə rəsmi şikayət verilib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Qız iddialarını psixoloqu və anası Vanda Naraya danışıb. Psixoloqu onunla söhbətdən sonra Vanda Naraya polisə zəng etməyi tövsiyə edib. Mənbələrə görə, qızın sözlərinə əsasən ona zərbə endirilib və bundan sonra o, özünü otağa bağlayıb.
Hadisə yerinə polis əməkdaşları müdaxilə edib və rəsmi şikayət qeydə alınıb. İkardi, Vanda Nara və digər tərəflərin mövqeyi ilə bağlı əlavə məlumat bildirilməyib.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



