Mbappe Realda komanda yoldaşları ilə peşəkar münasibət saxlayır
Kilian Mbappenin Real Madriddə bir çox komanda yoldaşı ilə münasibəti əsasən peşəkar xarakter daşıyır; Vinisius və Jude Bellinghamlə gərginlik barədə iddialar…

8 oktyabr 2026 — Kilian Mbappenin Real Madriddə komanda yoldaşlarının əksəriyyəti ilə münasibətinin əsasən peşəkar xarakter daşıdığı iddia olunur.
Xəbərə görə, Mbappe ilə Vinisius Junior arasında yaxın şəxsi münasibət yoxdur; ictimaiyyətdə dost davranışları nümayiş etdirilsə də, aralarındakı əlaqə həqiqətdə peşəkar çərçivədə qalır.
Həmçinin, Kilian Mbappe ilə Jude Bellingham arasında müəyyən gərginliyin olduğu vurğulanır. Bildirilir ki, ingiltərəli futbolçu əvvəllər Mbappe və Vinisiusun bəzi davranışlarından narazı qalıb.
Real rəhbərliyi Bellinghemə səbirli olmağı və bəzi hadisələrə əhəmiyyət verməməyi xahiş edib. Klub daxildə gərginliyi azaltmağa və oyunçular arasındakı fikir ayrılıqlarına baxmayaraq komandada səmərəli əməkdaşlığı təmin etməyə çalışır.
Hesab olunur ki, rəhbərlik əsas oyunçular arasındakı münasibətləri nizamlamaq və ümumi məqsədlərə fokuslanmaq üçün tədbirlər görür.
Kilian Mbappe
Vinisius Junior
Real Madrid
Cud Bellinqem


