Mədinə Sadıqova Bakıda qadın karateçilərlə seminar keçirdi
26 oktyabr 2026 — Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə Bakıda 200-dən çox xanım karateçinin…

26 oktyabr 2026 — Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə Bakıda Avropa çempionu Mədinə Sadıqovanın qatıldığı xanım karateçilər üçün seminar keçirilib. Tədbirdə yeniyetmə, gənc və böyüklər yaş kateqoriyalarını təmsil edən 200-dən çox idmançı iştirak edib.
Açılış mərasimində AKF prezidenti Ülvi Quliyev, İdarə Heyətinin üzvləri, media nümayəndələri və idman ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Seminarın əsas məqsədi Azərbaycanda qadın karatesinin inkişafına dəstək vermək, bu idman növünün xanımlar arasında kütləviliyini artırmaq və müxtəlif yaş qruplarından olan karateçilər arasında birlik, həmrəylik və qarşılıqlı əməkdaşlığı gücləndirmək olub.
Tədbir gənc idmançıların peşəkar təcrübəsinin artırılması, beynəlxalq uğurlar qazanmış idmançılarla birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi və gələcək uğurlara həvəsləndirilməsi baxımından əhəmiyyət daşıyıb. Seminar müxtəlif yaş kateqoriyalarından olan xanım karateçilərin təcrübə mübadiləsi aparmasına və karate dəyərlərinin təbliğinə şərait yaradıb.
AKF bildirilib ki, federasiya qadın karatesinin inkişafı, istedadlı idmançıların üzə çıxarılması və karatenin ölkə üzrə kütləviliyinin artırılması istiqamətində tədbirləri davam etdirəcək.
Mənbə: GettoSport



