Montrez Harrell Çindəki dönəmdən narazılığını açıqladı

NBA-nın sabiq oyunçusu Montrez Harrell Çində keçirdiyi iki ayı tənqid edib, oradakı yemək, həyat tərzi və insan münasibətlərindən şikayətlənib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Montrez Harrell mikrofon qarşısında müsahibə verir
Foto: Offsideplus.az

16 noyabr 2026 — NBA-nın keçmiş oyunçusu Montrez Harrell Çindəki iki aylıq karyera dövrü barədə kəskin fikirlərini bölüşüb. O, "Sinçzyan Flaying Taygers"də keçirdiyi vaxtı pis xatirələrlə yad etdiyini bildirib və orada yaşamın ona uyğun gəlmədiyini vurğulayıb. Bu barədə Offsideplus.az məlumat yayıb.

Harrell açıqlamasında Çin dövrünü "çox çətin" adlandırıb və orada hər anını narazılıqla keçirdiyini deyib: "Çində iki ay qaldım və hər saniyəsini nifrətlə xatırlayıram. Orada da məni bəyənmirlər, çünki qayıdandan sonra hər şeyi açıq danışdım." O həmçinin yaşadığı şəhərin məşhur olmadığını, insanlar tərəfindən laboratoriya dovşanı kimi baxıldıqlarını və gündəlik həyatda dil baryerinin olduğunu qeyd edib.

Amerikalı mərkəz həmçinin yemək məsələsindən narazılığını ifadə edib: "Daim məşqçi heyətindən birinə xahiş edirdim ki, yeməyi gətirmək üçün kiçik robot göndərsin, çünki orada verilən yeməklər mənə uyğun deyildi. Masada gözləri və hər şeyi ilə birlikdə bütöv balıq başı olurdu... Hər gün eyni şeyi yeyirdim: qızardılmış düyü, portağal sousunda toyuq və qaynadılmış yumurta."

Qeyd edək ki, Montrez Harrell 2024/25 mövsümündə Sinçzyan Flaying Taygers-in heyətində 8 oyunda iştirak edib və orta hesabla 12,9 xal və 4,9 ribaund göstərib.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər