GETTOSPORT

Neftçi bilet satışını genişləndirdi, Banişevski üst açıldı

Oktyabrın 9-da Palms Sports Arena-da keçiriləcək Neftçi–Sabah matçına yeni sektor üzrə onlayn bilet satışına start verilib.

GettoSport redaksiyası••1 dəq oxu
Palms Sports Arena və bilet satış pəncərəsi
Foto: Sportal.az

Misli Premyer Liqasının 7-ci turunda oktyabrın 9-u saat 19:30-da Palms Sports Arena-da keçiriləcək Neftçi–Sabah qarşılaşması üçün bilet satışı davam edir. Bu gün onlayn satışa əlavə olaraq Banişevski üst sektoru da daxil edilib.

İlkin mərhələdə satışa açılan sektorlar və qiymətləri aşağıdakılardır:

  • Qərb 2 – 2 AZN
  • Banişevski alt – 3 AZN
  • VIP Silver 1 – 15 AZN
  • VIP Silver 2 – 15 AZN
  • VIP Family – 15 AZN
  • Banişevski üst – 3 AZN

Daha sonra satışa çıxarılacaq digər sektorlara dair qiymətlər belə müəyyən edilib: Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN; Şimal 1, Şimal 2 – 3 AZN; VIP Gold – 20 AZN. Digər sektorlara giriş hüququ verən biletlər daha sonra satışa qoyulacaq və bununla bağlı əlavə məlumat veriləcək.

Biletləri Neftçi mobil tətbiqi və https://bilet.neftchi.az saytından onlayn almaq mümkündür. Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışa çıxarılacaq.

Son xəbərlər