Neftçi məşqçi və futbolçularına yeni hakim qaydalarını izah etdi

Neftçi 18 noyabr 2026-cı il tarixində Palms Sports Futbol Mərkəzində AFFA nümayəndələrinin iştirakı ilə məşqçi və futbolçu heyəti üçün hakim qaydaları üzrə…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Palms Sports Futbol Mərkəzində seminar zamanı Asim Xudiyev və Orxan Məmmədov komandaya təqdimat edir
Foto: Sportinfo.az

18 noyabr 2026-cı il tarixində "Neftçi"nin əsas komandasının məşqçi və futbolçu heyəti üçün Palms Sports Futbol Mərkəzində seminar keçirilib. Tədbirdə AFFA-nın Hakim-inspektorlar komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və Hakimlər komitəsinin mütəxəssisi Orxan Məmmədov iştirak edib. Bu barədə Sportinfo.az məlumat yayıb.

Seminarda komandaya hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində maarifləndirici videolar nümayiş etdirilmiş və oyun zamanı tətbiq olunan yanaşmalar izah olunub.

Klubdan bildirilib ki, belə tədris xarakterli görüşlər komandaya qaydaların tətbiqi və oyun idarəçiliyinin düzgün başa düşülməsi baxımından köməkçi olacaq.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər