Neftçi qadın komandasında antidopinq seminarı keçirildi
17 noyabr 2026-da Palms Sportsda Neftçi-nin əsas və U-16 qadın komandalarının iştirakı ilə AMADA-nın mütəxəssisi Qüdrət Səfərov tərəfindən antidopinq seminarı…

17 noyabr 2026 — Palms Sports Futbol Mərkəzində "Neftçi"nin əsas qadın komandası ilə U-16 qızlardan ibarət komandasının futbolçu və məşqçi heyətinin iştirakı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Görüşdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov təqdimatla çıxış edib. Təqdimatda idmançıların bilməli olduğu antidopinq tələbləri, qadağan olunmuş maddələr və bu sahədə mövcud qaydalar ətraflı izah olunub.
Seminar zamanı futbolçuların gündəlik idman fəaliyyətində diqqət etməli olduqları məqamlar, antidopinq normalarının pozulmasının mümkün nəticələri və idmançıların bu sahədə daşıdığı məsuliyyət vurğulanıb. İştirakçılar təmiz idman prinsiplərinin qorunması və sağlam rəqabət mühitinin formalaşdırılması barədə məlumatlandırılıblar.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Neftçi


