Neftçi veteranları Respublika stadionunda 10-9 qazandı
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə keçirilən veteran oyununda Neftçi 10-9 hesabı ilə qalib gəldi.

Tofiq Bəhramov adına Respublika stadionunun 75 illik yubileyi münasibətilə keçirilən yoldaşlıq görüşündə “Neftçi”nin veteran komandası “Jalgiris-Vilnüs” veteranlarını 10:9 hesabı ilə məğlub edib.
“Neftçi”nin heyətində Vəli Qasımov 4 qol ilə fərqlənib, Mahmud Qurbanov isə iki dəfə ağları silkələyib. Kənan Kərimov, Alim Qurbanov, Emin Quliyev və Adil Şükürov isə hərəyə bir qol vurublar.
Ayrıca matçda Arif Əsədov, Tərlan Əhmədov, Mehman Yunusov, Hüseyn Məhəmmədov, Ədəhim Niftəliyev, Əli Abışov və Xəyal Mustafayev kimi veteran futbolçular da meydana çıxıblar.
Qeyd edək ki, Respublika stadionunda ilk oyun 1951-ci il 16 sentyabrda məhz bu komandalar arasında keçib və o vaxt Neftçi (o zamankı adı ilə “Spartak”) rəqibini 4:0 hesabı ilə üstələyib.
Neftçi
Adil Şükürov


