Oceanman Azerbaijan Sea Breeze 2027 Bakıda keçiriləcək

Oceanman Azerbaijan – Sea Breeze yarışının 2027-ci ilin sentyabrında Bakıda keçiriləcəyi təsdiqlənib; tədbir 2, 5 və 10 km məsafələrdə təşkil olunacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Oceanman Azerbaijan Sea Breeze açıq suda üzgüçülük yarışının qeyri-rəsmi banneri
Foto: İdman.biz

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bildirib ki, Oceanman Azerbaijan – Sea Breeze açıq suda üzmə turniri 2027-ci ilin sentyabrında Bakının Sea Breeze ərazisində keçiriləcək.

Məmmədov mətbuat konfransında deyib ki, yarışın Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir və bu tədbir açıq suda üzgüçülüyün inkişafına təkan verəcək. "Azərbaycan beynəlxalq idman tədbirlərinin təşkili baxımından seçilən ölkələrdəndir... Bu beynəlxalq üzgüçülük turnirinin də Azərbaycana gəlməsi bizə olan etimadın göstəricisidir. Bu, idmanın hər kəs üçün əlçatan olduğunu sübut edir. Yarış bu idman növünün inkişafına səbəb olacaq. Azərbaycanda açıq suda üzgüçülüyün inkişafı üçün imkanlar var. Bu, kütləvi yarış olacaq", — o qeyd edib.

Turnir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək. Oceanman seriyasının mərhələləri dünyanın 35-dən çox ölkəsində təşkil olunur və həmin format Azərbaycanda da tətbiq olunacaq.

Proqrama müxtəlif məsafələr üzrə yarışlar daxil olacaq: 10 kilometrlik Oceanman, 5 kilometrlik Half Oceanman və 2 kilometrlik sprint. Yarış 7–75 yaşarası peşəkar və həvəskar üzgüçüləri, ailələri və korporativ komandaları cəlb edəcək.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər