Okon Haas-ın qərarına görə açıqlama verdi

Esteban Okon Meksika Qran Prisindən çəkilməsindən sonra yayılan iddiaları rədd edib, Rio Hirakawanın əvəzlədiyini xatırladıb və araşdırmaya çağırıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Esteban Okon mətbuat konfransında danışır
Foto: Kokpit.az

1 noyabr 2026 — Esteban Okon Meksika Qran Prisindən çəkilməsi ilə bağlı Haas F1 komandası ilə yaranan vəziyyətə münasibət bildirib. Okon komandanın qərarı nəticəsində bu həftəsonu yarışda iştirak etməyəcəyini və onun yerinə Rio Hirakawanın yarışacağını xatırladıb. Bu barədə Kokpit.az məlumat yayıb.

Fransalı sürücü mətbuatdakı bəzi məlumat və fərziyyələrə rəsmi münasibət vermək istədiyini bildirib və tərəflər arasında şənbə axşamı axşamı fikir ayrılığının müzakirə olunduğunu etiraf edib.

“Zorakılığın bütün formalarını qətiyyətlə pisləyirəm. Əminəm ki, fikir ayrılıqları hər zaman peşəkarlıq, hörmət və qarşılıqlı anlaşma çərçivəsində həll edilməlidir.”

Okon həmçinin fiziki zorakılıq iddialarını qəti şəkildə rədd edib və məsələ araşdırılarkən fərziyyələrdən çəkinməyi xahiş edib. O, əlavə məlumat gəldikcə yenidən açıqlama veriləcəyini qeyd edib.

Qeyd edək ki, əvvəlki məlumatlara görə Okonun yerinə Rio Hirakawa Meksika Qran Prisində yarışacaq.

Mənbə: Kokpit.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər