Ostin Rivz Miluoki səfərində daban zədəsi aldı
Los Anceles Leykersin hücumçusu Ostin Rivz Miluoki səfərində sol dabanından zədə alıb. İllik dəqiq diaqnoz MRT-dən sonra məlum olacaq.

13 noyabr 2026 — Los Anceles Leykersin müdafiəçisi Ostin Rivz Miluoki səfərində keçirilən oyunda sol dabanından zədə alıb. Bu barədə Offsideplus.az məlumat yayıb.
Komandanın tibbi analitiki Brayan Satterer zədənin ağırlıq dərəcəsinin hələ dəqiqləşmədiyini bildirib və əsas ehtimal kimi daban altı fassiyanın dartılması və ya tam qopmasını qeyd edib. Sattererə görə, ən pis halda zədə fassiyanın tam qopması olarsa, oyunçu ən azı 10 matçı buraxa və bərpa müddəti təxminən üç həftə çəkə bilər. Ən yaxşı halda isə sadə daban əzilməsi olarsa, Rivz minimum 4 qarşılaşmada iştirak etməyəcək və sağalma müddəti təxminən bir həftə yarım davam edəcək.
Baş məşqçi Cey Cey Redik ilkin rentgen müayinəsinin nəticələrinə əsasən sınıq aşkar olunmadığını və klubun aşil vətəri zədəsinin olmadığını bildirdiyini vurğulayıb. Dəqiq diaqnoz Los Ancelesdə əlavə MRT müayinəsindən sonra məlum olacaq.
Klubun rəsmi tibbi protokollarına uyğun olaraq, Rivzin vəziyyəti və məhz neçə oyunu buraxacağı yalnız MRT və sonrakı müayinələrdən sonra təsdiqlənəcək.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



