Pike El-Klasiko üçün 4:1 hesabını proqnozlaşdırdı
Sabq müdafiəçi Jerar Pike TikTok paylaşımında oktyabrın 25-dəki Barselona–Real matçı üçün 4:1 hesabını proqnozlaşdırıb və oyunçuları müqayisə edib.

22 oktyabr 2026. Sabq "Barselona" müdafiəçisi Jerar Pike oktyabrın 25-də "Spotify Kamp Nou"da keçiriləcək "El-Klasiko" öncəsi nəticə proqnozu verib və iki komandanın futbolçularını müqayisə edib.
Pike TikTok hesabında yayımladığı videoda əksər seçimlərində "Barselona"nın oyunçularını üstün tutub. O, Joan Qarsiyanı Tibo Kurtuadan, Pedrini Federiko Valverdedən, Lamin Yamalı isə Cud Bellingemdən üstün hesab edib. Pike-in diqqət çəkən seçimlərindən biri Qordonu Kilian Mbappedən üstün tutması olub.
Sabiq müdafiəçi paylaşımını istehzalı şəkildə "Həmişə obyektivəm" sözləri ilə yayımlayıb və qarşıdakı qarşılaşmanın nəticəsi ilə bağlı iddia ortaya qoyub: “Joze Mourinyo ilk dəfə “Kamp Nou”ya gələndə 5:0 hesabı ilə məğlub olmuşdu. Mən isə bu dəfə 4:1 hesabını proqnozlaşdırıram”.
Mənbə: GettoSport
Barselona
Kilian Mbappe
Lamin Yamal
Joze Mourinyo
Pedri


