Rafael Lusan Kamp Nou-da DÇ-2030 finalını istəyir

İspaniya Futbol Federasiyasının prezidenti Rafael Lusan Barselona meri ilə 2030 dünya çempionatının finalının yenidən qurulan Kamp Nou stadionunda…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Kamp Nou stadionunun yenidənqurma layihəsinin görünüşü
Foto: Offsideplus.az

2 noyabr 2026 — İspaniya Futbol Federasiyasının prezidenti Rafael Lusan 2030-cu il dünya çempionatının finalının yenidən qurulan Kamp Nou stadionunda keçirilməsini arzuladığını açıqlayıb. Bu barədə Offsideplus.az məlumat yayıb.

Lusan bildirib ki, o və Barselona meri bu məsələ ilə bağlı razılığa gəlib. Federasiya rəhbərinin sözlərinə görə, "Barselona meri artıq bildirib ki, 2030-cu ildə bu kubokun burada keçirilməsini istəyir. Ümid edirəm, belə də olacaq, bunun üçün bütün imkanlar var".

Lusan həmçinin qeyd edib ki, 2029-cu ildə Çempionlar Liqasının finalı da məhz bu arenada keçiriləcək. O, "Biz 'Barselona', şəhər rəhbərliyi və federasiya olaraq tədbirin uğurla keçirilməsi üçün birgə çalışırıq. Hər kəs bu stadionu görəcək, o, Avropanın ən yaxşı arenasına çevriləcək" sözlərini əlavə edib.

Rəsmi açıqlamada həm stadionun yenidənqurma işlərinə, həm də 2029 və 2030-cu illərdə böyük beynəlxalq yarışların keçirilməsinə hazırlıq üçün tərəflər arasında əməkdaşlığın davam etdirildiyi vurğulanır.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər