Real Madrid Avroliqada kadr böhranı yaşayır
Real Madrid basketbol komandası Avroliqanın ilk on turunda ardıcıl zədələr səbəbindən çətinliklərlə üzləşib və taktiki sabitliyini itirib.

Basketbol komandalarının uğur qazanmasında əsas amillərdən biri zədələrdən uzaq qalmaqdır və "Real Madrid" Avroliqada mövsümün ilk 10 turunda bunun nə qədər həlledici olduğunu nümayiş etdirir. Bu barədə Offsideplus.az məlumat yayıb.
Klubun heyətində baş verən kadr itkiləri Pedro Martinesin komandasına ciddi təsir göstərib. Oyunun təşkili, müdafiə enerjisi və hücum rəngarəngliyi baxımından önəmli rol oynayan basketbolçuların yoxluğu taktiki sabitliyi pozur. Zədəli oyunçular arasında Fakundo Kampasso, Qabriel Dek, Usman Qaruba, Mikael Yantunen və Teo Maledon yer alır.
EuroLeague-dəki sıx qrafik və səfər matçları bərpa prosesini çətinləşdirir. Oxşar problemlərlə digər nəhəng klublar da üzləşib: "Olimpiakos" Jan Montero, "Anadolu Efes" Mayk Ceyms, "Barselona" isə Kevin Panterin yoxluğundan əziyyət çəkir. Bu vəziyyətdə tibbi heyətin işi məşqçilər qədər önəm kəsb edir.
Mövsümün əvvəlindəki bu itkilər əməliyyati çətinliklər yaratmaqla yanaşı, əsas məsələ pley-off və "Final Four" mərhələsinə tam heyətlə və sağlam çıxmaqdır.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Real Madrid
Barselona
Olimpiakos


