Rəşad Eyyubov U-21 komandası ilə Cəbəllütariq oyununa hazırlaşır
U-21 milli komandamız oktyabrın 6-da Əlincə Arenada Cəbəllütariqə qarşı seçmə mərhələnin son oyununda müsbət nəticə üçün çıxış edəcək.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da Əlincə Arenada keçiriləcək U-21 — Cəbəllütariq matçı öncəsi açıqlama verib.
Məşqçi komandanın toplanışdakı hazırlığından və futbolçuların yanaşmasından razılıq bildirib. O, bu oyunun tsiklin son qarşılaşması olduğunu xatırladaraq komandanın müsbət nəticə qazanmaq istədiyini vurğulayıb.
Rəşad Eyyubov demişdir: “Bizi bu tsiklin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik. Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam. Bu toplanış bizi daha da birləşdirdi və onu müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də başlayacaq və "İdman TV" kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan millisi
Avropa çempionatı


