GETTOSPORT

Ronaldo milli düşərgəni tərk etdiyinə görə 6 aya qədər diskvalifikasiya riski ilə üz-üzə

Kriştiano Ronaldo milli komandadan icazəsiz ayrıldığı üçün Portuqaliya Futbol Federasiyasının intizam araşdırmasına məruz qalıb; 1 aydan 6 aya qədər…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Kriştiano Ronaldo milli komandanın düşərgəsində müzakirə masasından gedərkən
Foto: Sportal.az

07 oktyabr 2026 — Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etdiyinə görə intizam araşdırmasına məruz qalıb və 1 aydan 6 aya qədər diskvalifikasiya ilə üzləşə bilər.

41 yaşlı hücumçunun düşərgəni tərk etməsinin səbəbi baş məşqçi Jorge Jesusla baş vermiş münaqişə ilə izah olunur. Hadisə ilə bağlı Portuqaliya Futbol Federasiyasının İntizam Reqlamentinin 160-cı maddəsinə əsasən araşdırma başladılıb.

Qaydaya görə, “milli komandaya mütəmadi olaraq çağırılan və üzrlü səbəb olmadan milli komandanın məşqini, oyununu və ya tədbirini tərk edən futbolçu 1 aydan 6 aya qədər diskvalifikasiya ilə cəzalandırılır.” Mətnə görə, əgər həmin şəxs peşəkar futbolçudursa, əlavə olaraq 510 avrodan 1020 avroyadək cərimə də tətbiq oluna bilər.

Federasiya tərəfindən rəsmi qərar verilməyincə intizam prosedurunun davam edəcəyi və mümkün sanksiyaların məhz araşdırmanın nəticələrinə əsasən müəyyənləşəcəyi bildirilib.

Paylaş

Son xəbərlər