Ronaldo Vaskes Premyer Liqanın dəyişdiyini dedi
Sumqayıtın yarımmüdafiəçisi Ronaldo Vaskes 22 noyabr 2026-da Premyer Liqanın bu mövsüm daha çətin olduğunu və hər qələbənin dəyərinin artdığını bildirib.

22 noyabr 2026 — "Sumqayıt"ın yarımmüdafiəçisi Ronaldo Vaskes liqanın son vəziyyəti barədə danışıb və ötən mövsümlə müqayisədə Premyer Liqanın dəyişdiyini bildirib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Dominikanlı futbolçu vurğulayıb ki, bu il liqa daha çətindir: "Hər komanda rəqabətədavamlıdır və asan oyun yoxdur. Bu da hər qələbəni daha dəyərli edir."
Vaskes həmçinin komandalarının hədəflərindən danışıb: "Sumqayıt"ın məqsədi turnir cədvəlində mümkün qədər irəli getməkdir. Hələlik nəticələr arzuladığımız kimi deyil. Bunun da səbəbləri var. Ümid edir və düşünürük ki, tezliklə sabitliyə nail olacağıq. Çünki komandamız yaxşıdır."
Futbolçu iki ildən artıqdır ölkəmizdə legioner həyatı yaşadığını və liqanın ümumi səviyyəsinin yüksəldiyini qeyd edib.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Misli Premyer Liqa
Kriştiano Ronaldo
Sumqayıt


