Rusiya AVRO-2028-in seçmə mərhələsinə daxil edilmədi
UEFA-nın baş katibi Teodor Teodoridisin məktubuna əsasən Rusiya yığması AVRO-2028-in seçmə mərhələsinin 54 iştirakçısı arasında yer almayıb; püşkatma 12 qrupla…

18 noyabr 2026 — UEFA-nın baş katibi Teodor Teodoridisin bütün üzv assosiasiyalara göndərdiyi məktubda Rusiya milli komandası 2028-ci il Avropa çempionatının seçmə mərhələsinin iştirakçıları siyahısına daxil edilmədiyi bildirilib. Bu barədə Offsideplus.az məlumat yayıb.
Məktubda qeyd olunur ki, turnirin püşkatmasında ümumilikdə 54 milli komanda iştirak edəcək və Rusiya komandası həmin siyahıda yer almır. AVRO-2028-in seçmə mərhələsi 2027-ci ilin martında başlayacaq və iştirakçılar 12 qrupa bölünəcəklər.
Həmçinin püşkatma zamanı siyasi səbəblərə görə müəyyən komandaların eyni qrupa düşməməsi qərara alınıb. Məktubda göstərilən istisnalar aşağıdakılardır:
- Azərbaycan və Ermənistan,
- İspaniya və Cəbəllüttariq,
- Belarus və Ukrayna,
- Kosovo ilə Bosniya və Herseqovina və Serbiya
Qurumun məktubunda Rusiyanın seçmə mərhələyə daxil edilməməsi ilə bağlı əlavə şərh və ya müddəa verilməyib.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Avropa çempionatı


