Teivion Kirk Sumqayıta qayıtdığını və hədəflərini açıqladı
Sumqayıt basketbolçusu Teivion Kirk 8 oktyabr 2026-da Azərbaycana dönüşündən, məşqçi Uğur Özdemirlə işləməkdən və komandanın əsas məqsədlərindən danışdı.

8 oktyabr 2026 — Sumqayıtın amerikalı basketbolçusu Teivion Kirk klubun mətbuatına verdiyi açıqlamada Azərbaycana yenidən qayıtdığını, komanda məqsədlərini və ölkə çempionatını necə izlədiyini bildirib.
Kirk qayıdışından məmnun olduğunu vurğulayıb: “Bəli, yenidən Azərbaycana qayıtdım. Buna görə də çox şadam. Bu yaxşı hissdir”.
O, vaxtilə Xırdalandakı iş birliyini xatırlayıb və hazırkı baş məşqçi Uğur Özdemirlə yenidən işləməyin vacibliyini qeyd edib: “Elədir, burada tanış simalar var. Uğur Özdemirlə işləmək çox yaxşıdır. Məni yenidən Azərbaycana dəvət etdiyi üçün ona təşəkkür edirəm. Bizim bir yerdə görəcəyimiz hələ çox iş var”.
Kirk ölkə çempionatını xaricdə olarkən də izlədiyini deyib və ABL-in səviyyəsinin yüksəldiyini qeyd edib: “Ölkə xaricində olsam da, ABL-i izləyirdim. Çempionat artıq daha maraqlı və gərgin mübarizə şəraitində keçir”.
Sumqayıtın qarşısına qoyduğu məqsədlərlə bağlı danışarkən Kirk əsas hədəfləri belə sıralayıb: “Əsas məqsədimiz bacardığımız qədər çox oyunda qalib gəlməkdir. Əvvəlcə, pley-offun dörd ən güclü komandası sırasında yer almaq, daha sonra isə çempion olmaq istəyirik!”



