Tofiq Əliyev dünya çempionatında fərdi gümüş medal qazandı
Batut gimnastı Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən dünya çempionatında fərdi yarışlarda ilk medalı — gümüşü əldə edib; komanda üçüncü dəfə ardıcıl…

11 noyabr 2026 — Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında fərdi yarışlarda ilk medalını — gümüşü— qazanıb. Bu barədə Sportinfo.az məlumat yayıb.
İdmançı jurnalistlərə bildirib ki, yarış dörd gün davam edib və o, həmin müddət ərzində altı kombinasiya yerinə yetirib: onlardan beşində səhvə yol verməyib, yalnız final çıxışında çətinliklə üzləşib.
"Gümüş medal qazanmağıma baxmayaraq, ruhdan düşmürəm. Qarşıda hələ çox dünya çempionatı olacaq. Ümid edirəm ki, gələcəkdə qızıl medal da qazanacağam"
Tofiq Əliyev finalda risk etməli olduğunu, lakin bunu etmədiyini və portuqaliyalı rəqibi ilə aralarındakı xal fərfinin də böyük olmadığını vurğulayıb.
Eyni yarışda Azərbaycan millisinin komandası da uğur qazanaraq komanda hesabında ardıcıl üçüncü dəfə qızıl medal əldə edib.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Dünya çempionatı
Azərbaycan millisi


