Turan Tovuz və Fənərbağça 32 il sonra yenidən qarşılaşır
Oktyabrın 3-də Bakıda Turan Tovuz və Fənərbağça komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Tofiq Bəhramov adına stadionda baş tutacaq.

Oktyabrın 3-də Bakıda yerləşən Tofiq Bəhramov adına Respublika Stadionunda Turan Tovuz və Türkiyənin Fənərbağça komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Saat 20:00-da start götürəcək qarşılaşma tarixi paralellərlə yadda qalır.
İki komanda arasında ilk rəsmi qarşılaşma 1994-cü ilin avqust ayında UEFA Kuboku çərçivəsində baş tutmuşdu. Həmin oyun Azərbaycan futbolu üçün əlamətdar idi, çünki Turan ölkəmizi UEFA Kubokunda təmsil edən ilk klub kimi tarixə düşmüşdü. 32 il sonra tərəflər yenidən bir araya gələrək futbolsevərlərə həmin tarixi anları xatırladacaqlar.
Hazırda oyuna maraq olduqca yüksəkdir. Artıq 20 min biletin satıldığı bildirilir və stadionun tam dolacağı gözlənilir. Matçda yalnız Tovuz təmsilçisinin azarkeşləri deyil, həm də Fənərbağçanın Azərbaycandakı çoxsaylı tərəfdarları iştirak edəcək. Bu dəfə komandalar avrokubok mərhələsi uğrunda deyil, prestij və futbol sevgisi naminə meydana çıxacaqlar.
Fənərbaxça
Turan Tovuz


